Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 45% səviyyəsində sabit saxlayıb.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Komitəsi məlumat açıqlayıb.

"Xarici maliyyələşdirmə şərtləri, ehtiyatların səviyyəsi, cari əməliyyatlar balansında yaxşılaşma və türk lirəsi aktivlərinə tələbat məzənnə sabitliyinə və pul siyasətinin effektivliyinə töhfə verməkdə davam edir. Pul siyasətindəki qətiyyətli mövqe inflyasiyanın əsas elementlərindən biri olan türk lirəsinin real bahalaşması prosesinə töhfə verməyə davam edəcək", - məlumatda deyilir.

 

Gözəl Həşimova