"Türkiyədə inflyasiyanın bu ilin sonuna kimi 36% olacağı planlaşdırılır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankının yeni rəhbəri Fatih Karahan qurumun bu il üçün hədəfləri ilə bağlı hesabatını açıqlayarkən bildirib.

Onun sözlərinə görə, yanvar ayı üzrə inflyasiya məlumatları hakimiyyətin onu azaltmaq planları ilə bağlı optimizm yaradır:

"İnflyasiya azalana qədər sərt pul siyasətimizi davam etdirəcəyik. Qlobal risklərə baxmayaraq, inflyasiya azalmağa davam edəcək".

 

Gözəl Həşimova