Türkiyə, İsveç və Finlandiya arasında martın ortalarında görüş keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlaması zamanı bildirib.

Stoltenberq keçiriləcək üçtərəfli görüş istiqamətində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla razılaşdıqlarını bildirib.

Baş katib qeyd edib ki, iki ölkənin NATO-ya üzvlük prosesində irəliləyişlər var.