Türkiyə iqtisadiyyatı bu ilin ikinci rübündə 2,5% böyüyüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə  Türkiyə Statistika Təşkilatı bu ilin ikinci rübü (aprel-iyun) üzrə ümumi daxili məhsulun (ÜDM) nəticələrini açıqlayıb.

Məlumata görə, bu dövrdə tikinti sektoru və daşınmaz əmlak fəaliyyətləri 3,7%, informasiya və rabitə fəaliyyətləri ilə maliyyə və sığorta fəaliyyətləri 3,4%, dövlət idarəçiliyi, təhsil, səhiyyə və sosial xidmət fəaliyyətləri 3,2% artıb.

 

Gözəl Həşimova