Ankarada Türkiyə-Rusiya Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın (KEK) 18-ci iclası baş tutub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat “X” sosial media hesabında bildirib.

Qeyd olunub ki, iclasın nəticələrinə dair protokol imzalanıb.

Rusiya tərəfindən sənədi Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak imzalayıb.

O qeyd edib ki, iki ölkə 2022-ci ilin sonunda 68 milyard dolları ötən ticarət həcmini 100 milyard dollara çatdırmağı hədəfləyir.