Türkiyə ilə Macarıstan arasında təbii qaz müqaviləsi imzalanıb.

Bu barədə İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir.

Məlumata görə, Türkiyə ilk dəfə olaraq boru kəmərləri vasitəsilə Macarıstana qaz ixrac edəcək. Bildirilib ki, Türkiyədən Macarıstana təbii qaz nəqlinin gələn ildən başlanması gözlənilir. Bundan əlavə, müqavilənin Türkiyənin LNG infrastrukturu və iki ölkənin təbii qaz anbarlarından istifadəyə dair əməkdaşlığı əhatə etdiyi bildirilib.

 

Gözəl Həşimova