Türkiyə fındığın dünya bazarlarına ixracı məsələsində Azərbaycanla əməkdaşlıq edəcək.
İqtisadiyyat.Az xəbər verir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən bildiriblər.
Nazirlikdən deyiblər ki, Türkiyə və Azərbaycan fındıq istehsalı bazarında vacib iştirakçılardır:
“Türkiyə fındıq istehsalı və ixracında böyük təcrübəyə malikdir və bu istiqamətdə Azərbaycana lazımi dəstək göstərməyə hazırdır”.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycan 125 milyon dollar məbləğində fındıq ixrac edib. Ölkədə fındıq bağları əsasən Qax, Zaqatala və Balakən rayonlarında yerləşir. (Trend)