“Taxıl dəhlizinin istismarı zamanı 2022-ci ilin iyul ayından başlayaraq Ukraynadan 17 milyon tona yaxın kənd təsərrüfatı məhsulları ixrac edilib.”

Bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar məlumat verib .

Dəniz "taxıl dəhlizi" iyulun 22-də Rusiya , Ukrayna, Türkiyə və BMT arasında saziş imzalandıqdan sonra işə başlayıb . Bu, Odessa limanları da daxil olmaqla, üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxılının, ərzaq və gübrələrin ixracını nəzərdə tutur .

Yanvarın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, “taxıl dəhlizi” ilə Ukraynadan 16 milyon tondan çox taxıl ixrac edilib.