Türkiyə dəmiryolu şəbəkəsini 13 min 919 kilometrdən 17 min 11 kilometrədən genişləndirəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatında qeyd edilib.

Məlumata görə, bununla bağlı layihələr tamamlanmaq üzrədir. Həmçinin, 2 min 452 kilometrlik yeni xətlər üçün yol xəritəsi də artıq müəyyənləşib.

Ümumi layihələr sırasında Qars-Iğdır-Aralık-Dilucu (Zəngəzur) dəmiryolu xətti strateji baxımdan əhəmiyyət kəsb edir. Xəttin uzunluğu 224 kilometr olacaq. Marşrut üzrə 5 stansiyanın quraşdırılması planlaşdırılır.