"Türkiyə Cənubi Koreya üçün Avropanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasında infrastruktur sahəsində uğurlu əməkdaşlıq nümunələri mövcuddur. Məsələn, Avrasiya Tuneli və Çanaqqala Körpüsü”.
İqtisadiyyat.az bildirir ki, bu fikirləri 8 ildən sonra Türkiyəyə səfər edən Cənubi Koreyanın xarici işlər naziri Park Jin bildirib.
160-a yaxın Koreya şirkətinin fəaliyyət göstərdiyini dilə gətirən nazir Ankarada Cənubi Koreya-Türkiyə əlaqələri ilə bağlı açıqlamalar verib.
Türkiyənin Koreya müharibəsinə ən çox əsgər göndərərək 4-cü ölkə olduğunu xatırladan Park, “xalqımız Türkiyənin fədakarlığını unutmur və hər zaman minnətdardır” - deyə bildirib.