Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları dekabrın sonunda rekord həddə - 145,4 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən iclasda açıqlayıb.

Türkiyə Mərkəzi Bankının məlumatına görə, may ayından etibarən valyuta ehtiyatları 47 milyard dollar artıb.

Analitiklərin fikrincə, ölkənin valyuta ehtiyatlarının artması iqtisadiyyatın sabitləşməsindən xəbər verir.

 

Gözəl Həşimova