Bu ilin mart ayında Türkiyə Azərbaycandan 1 milyard 20 milyon 93 min kubmetr qaz idxal edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Enerji Bazarını Tənzimləmə Qurumunun mart ayı üzrə “Təbii Qaz Bazarı Sektoru Hesabatı”nda deyilir.

Hesabat dövründə Türkiyənin təbii qaz idxalı mart ayında keçən ilin eyni dövrü ilə müqayisədə 5,3% azalaraq 4 milyard 317 milyon kubmetrə çatıb.

Məlumata görə, idxalın 3 milyard 75 milyon 26 min kubmetri boru kəmərləri, 1 milyard 242 milyon 43 min kubmetri isə mayeləşdirilmiş təbii qaz (LNG) vasitəsilə həyata keçirilib.

Martda ən çox təbii qaz idxalı 1 milyard 806 milyon 83 min kubmetrlə Rusiyadan olarkən, bu ölkəni 1 milyard 20 milyon 93 min kubmetrlə  Azərbaycan və 247 milyon 50 min kubmetrlə İran izləyib.

 

Sadiq Cavadov