Bu ilin yanvar ayında Türkiyə Azərbaycandan 877 milyon 74 min kubmetr qaz idxal edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Enerji Bazarını Tənzimləmə Qurumunun yanvar ayı üzrə “Təbii Qaz Bazarı Sektoru Hesabatı”nda deyilir.

Hesabat dövründə Türkiyənin təbii qaz idxalı illik müqayisədə 7,8% artaraq 6 milyard 519 milyon 70 min kubmetrə çatıb.

İdxalın 4 milyard 430 milyon 64 min kubmetri boru kəmərləri, 2 milyard 89 milyon 6 min kubmetri isə mayeləşdirilmiş təbii qaz (LNG) vasitəsilə həyata keçirilib.

Yanvarda ən çox təbii qaz idxalı 2 milyard 781 milyon 54 min kubmetrlə Rusiyadan olarkən, bu ölkəni 877 milyon 74 min kubmetrlə Azərbaycan və 871 milyon 27 min kubmetrlə İran izləyib.

 

Gözəl Həşimova