Türkiyənin ixracında birinci yerdə olan avtomobil sənayesi ötən il 112 ölkəyə minik avtomobili satıb.

İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir ki, ötən il ölkənin avtomobil ixracı 2022-ci ilə nisbətən 13% artıraraq 35 milyard dollara çatıb.

Hesabat dövründə ölkənin minik avtomobili ixracı isə 19,40% artaraq 11 milyard 62 milyon 802 min dollar olub. Avtomobil sənayesinin ümumi ixracının 31,60%-ni minik avtomobilləri təşkil edib.

Ən çox minik avtomobilinin satıldığı 10 ölkədən 8-i Avropa ölkələri olub. Türkiyə avtomobillərinin əsas alıcıları isə Fransa, İtaliya, İspaniya və Böyük Britaniya olub.

 

Gözəl Həşimova