Bakı və Ankara “Azad ticarət haqqında” sazişin imzalanması və ticarətin liberallaşdırılması, o cümlədən hesablamaların milli valyutalarla həyata keçirilməsinə çalışmalıdır. Bu barədə Türkiyənin ticarət naziri Ruhsar Pekcan bəyan edib.

“Bizim məqsədimiz azad ticarət haqqında saziş olmalıdır. Azərbaycanla preferensial ticarıt haqqında sazişin şamil olunduğu malların siyahısı o qədər məhduddur ki, iki ölkə arasında qarşılıqlı münasibətlərə uyğun deyil. İndi biz 150-dən artıq müxtəlif mallardan ibarət siyahı üzərində işləyirik. Lakin vahid bazar anlayışı üçün Azərbaycanla azad ticarəthjaqqında saziş biz daha uyğundur”, - Pekcan Azərbaycan hökumətinin iqtisadi blokunun nazirləri ilə görüşdə bildirib.

Türkiyəli nazir əlavə edib ki, iki ölkə arasında ticarət-iqtisadi münasibətlərin inkişafı üzərində iş davam etdiriləcək.

“Biz malların siyahısı barədə deyil, ticarətimizin liberallaşdırılması bardə söz açmalıyıq. Qarşılıqlı ticarət dövriyyəsinin illik həcminin $15 milyarda çatdırılması ilə bağlı iki ölkənin prezidentləri tərəfindən qarşımızda qoyulan vəzifənin reallaşdırılması üçün ticarətin həyata keçirilməsi üçün qarşılıqlı maneələri aradan qaldırmaq və ticarət əməliyyatları üzrə hesablamaları milli valyutalarda aparılmasına diyqqəti yönəltmək zəruridir”, - Pekcan vurğulayıb.

Həmçinin, nazir “iki ölkə arasında münasibətlərdə sərmayələrin son dərəcə vacibliyini” qeyd edib və Türkiyə tərəfinin Qarabağda Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərdə infrastruktur və digər işlərdə əməkdaşlığa hazırlığını ifadə edib.

O cümlədən, Pekcan rəqəmsal ticarət sahəsində əməkdaşlığın inkkşafının zəruriliyini vurğulayıb və qeyd edib ki, Azərbaycan yol vergisini aradn qaldırmalı və Xəzər dənizində Ro-Ro daşımalarına rüsumu məntiqli səviyyəyə qədər azaltmalıdır.