“Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Sərəncamda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev sentyabrın 19-da sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1494) birinci hissəsində “27-si” sözləri “29-u” sözləri ilə əvəz edilib.