Şəki şəhəri “Yuxarı Baş” Dövlət Tarix Memarlıq Qoruğu ərazisində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin bədii-tərtibat işləri aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, Dövlət Turizm Agentliyi bununla bağlı hazırlıqlara başlayıb.

Muzeyin bədii-tərtibat işlərini "Vitam" şirkəti həyata keçirəcək.

Agentlik sözügedən işlərə görə şirkətlə 540 min manatlıq müqavilə bağlayıb.