Qobustan rayonundakı "Diri Baba" türbəsinin bərpası ilə bağlı layihə smeta sənədlərini hazırlayacaq şirkət məlum olub.
İqtisadiyyat.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin (DTA) bununla bağlı elan etdiyi tender başa çatıb.
Layihəyə əsasən, türbə bərpa olunacaq və ətraf ərazi abadlaşdırılacaq.
DTA bərpa və abadlaşdırılma üçün layihə smeta sənədlərinin hazırlanması işlərini "HİNAL PROJE" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib.
Şirkət layihə smeta sənədlərini 43,6 min manata hazırlayacaq.
Qeyd edək ki, "HİNAL PROJE" MMC 2021-ci ilin iyulunda 100 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Əliyev Əhliman Telman oğludur.