"Turan Tovuz"un futbolçusu Roderik Miller Panama millisinə dəvət alıb.

İqtisadiyyat.az xəbər verir ki, müdafiəçi 11-18 iyun tarixlərində KONKAKAF Millətlər Liqasındakı oyunlarda, daha sonra isə KONKAKAF "Gold Cup 2023"də Panama millisinin düşərgəsində olacaq.

31 yaşlı futbolçu bu ilin martında "Turan Tovuz"a keçib.