"Turan Tovuz" klubunun "Sumqayıt"ın qapıçısı Aydın Bayramovu transfer etməsi ilə bağlı xəbərə Tovuz klubunun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev aydınlıq gətirib.

Bu barədə İqtisadiyyat.az-a açıqlama verən Süleyman Tağıyev hər hansı bir futbolçu ilə hələki bir razılaşmanın olmadığını bildirib.

"Hələki hansısa futbolçu ilə bir razılıq əldə edilməyib. Rəsmi bir xəbər olacağı təqdirdə klubun rəsmi hesablarından məlumat paylaşılacaq".