"Turan Tovuz" klubu "Kəpəz" ilə oynayacağı matçın biket satışından gəlen puku zəlzələdən əziyyət çəkənlərə göndərəcək.

 İqtisadiyyat.az xəbər verir ki , bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb. Qiyməti 2 manat təşkil edən biletlərin satışından gələn bütün gəlir zəlzələdən əziyyət çəkən qardaş Türkiyəyə dəstək üçün göndəriləcək. Biletləri "Turan Tovuz"un kassasından əldə edə bilərsiniz.

Fevralın 11-də keçiriləcək Qərb derbisi saat 14:00-da start veriləcək.