Azərbaycan Tibb Universitetinin 3 saylı tələbə yataqxana binasının əsaslı təmir işlərinin satınalınması üzrə elan olunan tenderin qalibi müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "TURAN TƏMİR-TİKİNTİ" MMC olub. 

Şirkətlə 1.882.955,46 AZN məbləğində müqavilə imzalanıb. 

Satınalan təşkilatın VÖEN-i: 1400457111

Satınalan təşkilatın ünvanı: Bakı ş. Nəsimi r. Ə. Qasımzadə 14

"TURAN TƏMİR-TİKİNTİ" MMC metal konstruksiya işləri həyata keçirir.

Tenderdə iştirak haqqı 1000 AZN, predmeti isə Azərbaycan Tibb Universitetinin 3 saylı tələbə yataqxana binasının əsaslı təmir işlərinin satınalınmasıdır. 

Ətraflı məlumatla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://etender.gov.az/main/competition/detail/292310

Qeyd edək ki, müsabiqədə iştirak, qiymətləndirilmə və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılıb. 

Gülşən Şərif