“Troni İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını 85 min manat və yaxud 23,6% artıraraq 360 min manatdan 445 min manata çatdırıb.

İqtisadiyyat.az xəbər verir ki, kapital artımı üçün maliyyə qurumunun dövriyyədə olan 10 min səhminin nominal dəyəri 36 manatdan 44,5 manata çatdırılıb.

Xatırladaq ki, “Troni İnvestisiya Şirkəti” 2021-ci ilin oktyabr ayında yaradılıb. Onun yeganə səhmdarı Siyavuş Səfiyevdur. Maliyyə qurumu 2022-ci ildə Azərbaycan Mərkəzi Bankından lisenziya alıb.