İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Qeyd edilib ki, qızılın qiyməti ABŞ prezidentinin inauqurasiyasından sonra rekord səviyyəyə - bir troy unsiyası üçün 2942,70 dollara çatıb.
Britaniyanın "HSBC" bankının qiymətli metallar üzrə analitiki Ceyms Stil bildirib ki, nə qədər çox rüsum tətbiq edilərsə, qlobal ticarət bir o qədər pozulur və qızıl üçün bir o qədər yaxşı olur.
Məlumata görə, yanvarın 20-dən etibarən qızılın qiymətində artım 7% təşkil edib. Bu tendensiya isə qızılı ən perspektivli aktivə çevirib.
Gözəl Həşimova