İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp BƏƏ-yə gedərkən jurnalistlərə bildirib.

“Putinlə mən görüşənə qədər heç nə olmayacaq. Bu fakt xoşunuza gəlib-gəlməməyinizdən asılı olmayaraq qəbul edilməlidir. Rusiya prezidenti Türkiyəyə səfər etmək imkanını nəzərdən keçirirdi. Aydındır ki, Putin mənim gedəcəyimi düşünərək gedəcəkdi. Amma mən orada olmadığım üçün getmədi. Biz bir həll yolu tapmalıyıq, çünki çoxlu sayıda insan ölür”, - deyə o qeyd edib.

 

Gözəl Azadəliyeva