ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırda dünyanın çox yaxın olduğu üçüncü dünya müharibəsinin qarşısını alacağına söz verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "RSBN" media şirkətinin "YouTube" kanalında yayımlanıb.

"Biz III Dünya Müharibəsinə çox yaxınıq. Mən bu müharibənin qarşısını alacağam. Eyni zamanda, Ukrayna və Rusiya arasındakı münaqişəni 24 saat ərzində həll edə bilərəm", - deyə o, tərəfdarlarına deyib.

 

Gözəl Həşimova