İqtisadiyyat.az xəbər verir ki, Tramp bu açıqlamanı Səudiyyə Ərəbistanında etdiyi çıxış zamanı verib.

O, Suriya ilə bağlı siyasi münasibətlərin yeni mərhələyə keçəcəyini vurğulayaraq, ölkənin yeni prezidenti Əhməd əl-Şaara ilə görüşəcəyini də təsdiqləyib.

“Mən Suriyaya yenidən nəfəs almaq imkanı vermək üçün sanksiyaların ləğv olunmasına göstəriş verəcəyəm. Ümid edirəm ki, uzun illər ərzində müharibə və fəlakət yaşamış bu ölkədə yeni hökumət sabitlik və əmin-amanlıq təmin edə biləcək. Bu çətin yolda Suriyaya uğurlar arzulayıram”, – deyə Tramp çıxışında bildirib.