"Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin çox ağıllı insanlardır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib.

"ABŞ Prezidenti Co Bayden iki cümləni birləşdirib danışa bilmir. Amma sizə deyim ki, Vladimir Putin və Si Cinpin çox ağıllı insanlardır. Mənim Putinlə yaxşı münasibətim var və ABŞ prezidenti olsaydım, Ukraynadakı münaqişənin qarşısını almaq olardı", - deyə o, vurğulayıb.

 

Gözəl  Həşimova