İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

"Dragonfly Capital" vençur şirkətinin baş partnyoru Rob Hadikin fikrincə, bu memkoinlərin meydana çıxması bazar üçün ciddi problemlər yaradıb.

"Bu aktivlərin buraxılması açıq-aşkar bir bəladır və biz indi bununla məşğul olmaq məcburiyyətindəyik”,-deyə Rob Hadikin bildirib.

Cümə günü elan edilən və keçmiş prezidentlə əlaqəli olan kriptovalyutaların buraxılması artıq təsirli, lakin mübahisəli nəticələrə səbəb olub. Gündəlik ticarət həcmi 11 milyard dolları keçib, "$TRUMP"un hazırkı kapitalizasiyası isə 10,5 milyard dollardan çoxdur. Bir "$TRUMP" tokeninin qiyməti 50 dollara çatır.

Trampın bu addımı, Respublikaçılar Partiyasının yeni administrasiyasından kriptosektora ciddi yanaşma gözləyən sahənin bir hissəsinin ümidlərini alt-üst edib.