İqtisadiyyat.az xəbər verir ki, bu barədə o, "Truth" sosial şəbəkəsində yazıb.
“WSJ mənim İranla bağlı nə düşündüyüm barədə heç bir anlayışa malik deyil",-deyə Tramp qeyd edib.
Xatırladaq ki, WSJ nəşri Trampın 17 iyun axşamı yüksək səviyyəli müşavirləri ilə görüşdə İrana hücum planlarını qeyri-rəsmi şəkildə dəstəklədiyini iddia etmişdi. Məlumata görə, Tramp hələlik yekun əmr verməyə tələsmir və Tehranın nüvə proqramından imtina edib-etməyəcəyini izləyir.
Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton ABŞ-nin İsrail–İran münaqişəsinə birbaşa müdaxilə ehtimalını 50/50 olaraq qiymətləndirmişdi.