"Co Bayden ölkə tarixinin ən vicdansız və səriştəsiz prezidentidir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib.

"Unutmayın, o, ölkəmizin tarixinin ən pis prezidentidir. O, ən səriştəsiz prezidentdir. O, ən vicdansız prezidentdir", - Tramp özünün "Truth" sosial səhifəsində yerləşdirdiyi videoda bildirib.

Tramp daha əvvəl demişdi ki, ABŞ Baydenin siyasətinə görə "cəhənnəmə gedir".

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri noyabrda keçiriləcək.