ABŞ prezidenti Donald Tramp Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmaq haqqında fərman imzalayıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə sənədi Ağ Ev dərc edib.
ABŞ-nin ÜST-dən çıxmasının səbəbi isə digər ölkələrlə müqayisədə təşkilata daha çox pul ödədikləri ilə əlaqələndirilib.
Sənəddə deyilir: "1,4 milyard əhalisi olan Çin ABŞ əhalisinin 300%-ni təşkil edir, lakin ÜST-ə 90% az töhfə verir".
Qeyd edək ki, Tramp ikinci dəfə ABŞ-nin ÜST-dən çıxması ilə bağlı fərman imzalayır. 2020-ci ildə (ilk prezidentlik dövründə) Tramp ÜST-dən çıxdığını elan edib. Sərəncamın mətnində təşkilatın lazımi islahatlar aparmadığı və COVID-19 pandemiyası zamanı səhv hərəkət etdiyi bildirilib.
Gözəl Həşimova