Yaponiyanın avtomobil istehsalçısı "Toyota"nın bu ilin yanvar-noyabr aylarında beynəlxalq istehsal həcmi illik ifadədə rekord səviyyəyə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

Bu il 9,23 milyon "Toyota" avtomobili istehsal edilib. Bundan əvvəlki rekord 2019-cu ildə qeydə alınıb. Belə ki, o zaman şirkət 9,05 milyon avtomobil istehsal edib.

Bundan əlavə, "Toyota" bu ilin noyabrında 926,5 min avtomobil istehsal edərək rekord aylıq istehsal göstəricisi nümayiş etdirib.

 

Gözəl Həşimova