Yaponiyanın avtomobil istehsalçısı "Toyota Motor"un bu il ərzində avtomobil istehsalı rekord səviyyəyə - 10,2 milyon ədədə çatacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb.

Məlumata görə, bunlardan 3,4 milyonu Yaponiyada, 6,8 milyonu isə xarici ölkələrdə istehsal olunacaq. Beləliklə, bu rəqəmlər ötən illə müqayisədə müvafiq olaraq 30% və 10% artacaq.

 

Gözəl Həşimova