Yaponiyanın “Toyota Motor” şirkəti 2026-cı il üçün elektrikli avtomobillərin istehsalı üzrə planlarını üçdə bir azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb.

Beləliklə, "Toyota" elektrikli avtomobillərin satışının azalması səbəbindən elektrik avtomobilləri istehsal etmək planlarından imtina edən ən son avtomobil istehsalçısı olub.

Dünyanın ən böyük avtomobil istehsalçısı 2026-cı ildə 1 milyon elektrikli avtomobil istehsal etməyi planlaşdırır.

"Toyota", 2026-cı ilə qədər ildə 1,5 milyon, 2030-cu ilə qədər isə 3,5 milyon elektrikli avtomobil istehsal etmək hədəfinin dəyişməz olaraq qaldığını açıqlayıb. Bununla belə, şirkət qeyd edir ki, bu rəqəmlər hədəf deyil, səhmdarlar üçün təlimatdır.

Elektrikli avtomobillər hazırda qlobal satışların təxminən 1%-ni təşkil edir.

 

Gözəl Həşimova