Yapon avtomobil istehsalçısı "Toyota Motor" davam edən zəlzələlər nəticəsində tədarük zəncirinin kəsilməsi səbəbindən istehsalını dayandırıb.
İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə şirkətin prezidenti Koji Sato məlumat verib.
"Biz komponentlərin vəziyyətini qiymətləndirəcəyik və qərar qəbul edəcəyik" deyə o bildirib.
Koji Sato onuda qeyd edib ki, şirkət həftənin sonuna kimi istehsalın başlanması vaxtını müəyyən etməyi planlaşdırır.
Qeyd edək ki, bir neçə gün öncə Yaponiyada ard-arda şiddətli zəlzələ qeydə alınıb.