Yaponiyanın aparıcı avtomobil konserni “Toyota Motor” podratçısı “Toyota Industries Corporation” tərəfindən dizel mühərrikinin gücü ilə bağlı məlumatların saxtalaşdırılması səbəbindən 10 modelin tədarükünü dayandıracaq.

İqtisadiyyat.az xəbər verir ki, qurumun press-relizdə deyilir.

Konsern xüsusilə "Land Cruiser 300 SUV" və "Hilux" pikaplarının tədarükünü dayandıracaq.

Yaponiyanın İctimai Torpaqlar, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi aşkar edilən pozuntularla əlaqədar "Toyota Industries" zavodunda yoxlama aparacağını açıqlayıb.

 

Gözəl Həşimova