İngiltərə Premyer Liqasında çıxış edən "Tottenhem"dən ayrılmaq istəyən Harri Keyn haqqında transfer şaiyələri davam edir.

İqtisadiyyat.az İspaniya nəşri "Cadena Ser"ə istinadən xəbər verir ki, "Tottenhem" Keyni "Real Madrid"ə təklif edib və La Liqa nəhəngi bu variantı nəzərdən keçirir.

"Tottenhem"in prezidenti Daniel Levi müqaviləsi 2024-cü ilin yayında başa çatacaq ulduz futbolçunu pulsuz əldən vermək istəmir. Buna görə də o, bu yay Keyndən pul qazanmağı hədəfləyir və ingilis hücumçunu Premyer Liqadan kənar bir kluba satmaq istəyir.

"Real Madrid" bu transferə bir müddət "Çelsi"də, Premyer Liqada çıxış etmiş Eden Hazardı da daxil etmək istəyir. Ancaq futboldan uzaq olan belçikalı ulduzu “Tottenhem”in qəbul edib-etməyəcəyi hələlik bəlli deyil.

İngilis mərkəz hücumçusu bu mövsüm "Tottenhem"in heyətində bütün liqalarda 48 oyuna çıxıb. Harri Keyn bu 48 matçda 30 qol vurub və 5 məhsuldar ötürmə edib.

29 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 37 oyunda 28 qol vurub və 3 məhsuldar ötürmə edib.