Toshiba" elektrotexniki korporasiyası Rusiya Federasiyasından sifarişlərin, eləcə də bu ölkəyə bütün investisiyaların dayandırıldığını elan edib.

Bu barədə şirkətin açıqlamasında deyilir.

Məlumata əsasən, sözügedən qərar Ukraynadakı vəziyyətlə əlaqədar qəbul edilib: "Toshiba Group Rusiyadan sifarişlərin qəbulunu və bu ölkəyə investisiyaları dayandırır".