Bu ilin avqust ayında Bakının torpaq bazarında qiymətlər 3,78 % artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qiymətlərdə 2,87 % azalma olub.

Bu barədə açıqlamasında “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov bildirib.

N.İbrahimov qeyd edib ki, Bakı ətrafında torpaqların ən baha olduğu yerlər Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh əraziləridir:

"Bu ərazilərdə orta hesabla bahalı torpaqların bir sotunun qiyməti 40 min manat civarındadır. Daha ucuz torpaqlar isə Hövsan, Qaradağ kimi ərazilərdədir. Bu ərazilərdə torpağın bir sotunun qiyməti təqribən 1 000-1 200 manatadır".

“Tikinti materialları bazarında qiymətlərdə ay ərzində 0,73 %, ötən illin eyni dövrü ilə müqayisədə isə 12,53 % artım olub”, - deyə N.İbrahimov məlumat verib.report