Filippinin cənubundakı Davao de Oro əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 54-ə çatıb.
Bu barədə İqtisadiyyat.az "CBN News"a istinadən xəbər verir.
Daha 63 nəfər isə itkin düşüb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, təxminən 9 hektar ərazidə aparılan axtarış-xilasetmə əməliyyatında hərbçilər də daxil olmaqla 500-ə yaxın adam iştirak edir. Sürüşmənin hündürlüyü 30 metrdən 50 metrə qədər ola bilər.
Qeyd edək ki, sürüşmə fevralın 6-da baş verib.
Gözəl Həşimova