"Bavariya"nın 34 yaşlı alman hücumçusu Tomas Müller futbolçu kimi peşəkar karyerasını başa vurmaq niyyətindədir.

İqtisadiyyat.az yerli mediaya istinadən xəbər verir ki, onun "Bavariya" ilə müqaviləsi növbəti mövsümün sonuna kimi nəzərdə tutulub. Münhen klubunun rəhbərliyi ona klubda vəzifə təklif etmək istəyir.

Tomas Müller 2009-cu ildən “Bavariya”da çıxış edir, 12 qat Almaniya çempionu, 6 qat kubokun qalibi, 8 qat Superkubok qalibi, 2 dəfə Çempionlar Liqası kubokunun qalibi, UEFA Superkubokunun qalibi, klublar arasında dünya çempionu olub.

Tomas Müller Almaniya millisinin tərkibində dünya çempionu olub.