İyunun 16-da Tokioda britaniyalı yazıçı Coan Roulinqin Harri Potter barədəki romanlarının qəhrəmanına həsr olunmuş əyləncə parkı açılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə parkın idarəedici şirkəti məlumat verib.

Park Tokionun şimal-qərbindəki Nerima rayonunda keçmiş Toşimaen əyləncə parkı və üzgüçülük hovuzunun yerində tikilib. Parkın sahəsi 30 hektardır.

Biletlərin qiyməti böyüklər üçün 6300 yen (48 dollar), məktəblilər üçün 5200 yen (39,6 dollar) və dörd yaşdan yuxarı uşaqlar üçün 3800 yen (29 dollar) təşkil edir. Biletləri əvvəlcədən bron etmək lazımdır.