Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə süni intellekt sisteminin tətbiqinə şəxsən nəzarət edəcəyini bildirib.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

Onun sözlərinə görə, ölkənin gələcəyi bu işdəki uğurlardan asılıdır:

"Ölkəmizdə süni intellekt sisteminin yaradılması son dərəcə vacib mövzudur. Qazaxıstanın gələcəyi və beynəlxalq aləmdə yeri bu işin uğurundan asılıdır. Ona görə də mən şəxsən bu sahəyə nəzarət edəcəyəm və xarici dövlətlərlə görüşlər keçirəcəyəm”.

 

Gözəl Həşimova