"Qazaxıstan hakimiyyəti respublika vətəndaşlarını siyasi baxışlarına görə təqib etmir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Egemen Qazaqstan” qəzetində dərc olunan müsahibəsində ölkə prezidenti Kasım-Jomart Tokayev deyib.

Onun sözlərinə görə, islahatlar ölkədə insan hüquqlarının müdafiəsi sistemini gücləndirib:

"Siyasi təqibin əsas əlamətləri senzura, xüsusi qanunlar və cəza orqanlarıdır. Müasir Qazaxıstanda belə bir şey yoxdur. Bizim qanunvericiliyimizdə nə bir fərman, nə bir qanun, nə də bir başqa normativ-hüquqi sənəd yoxdur ki, vətəndaşlar ona uyğun davransınlar".

 

Gözəl Həşimova