"Qazaxıstan hakimiyyəti beynəlxalq ticarətdə iqtisadi sanksiyaların tətbiqinə qarşıdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclasında ölkə prezidenti Kasım-Jomart Tokayev deyib.

Onun sözlərinə görə, qlobal ticarətdə volatillik artır: “Qazaxıstan, prinsipcə, qlobal ticarətə və dövlətlərin rifahına fəlakətli təsir göstərən iqtisadi sanksiyaların tətbiqinə qarşıdır.

Bundan əlavə, Qazaxıstan aktual beynəlxalq problemlərin həlli üçün terror üsullarından istifadənin qəti əleyhinədir. Ölkələr onilliklər ərzində həllini tapmayan problemlər üçün dinc əhaliyə qarşı zorakılığa, terror aktlarına əl ata bilməz. Buna heç bir şəkildə haqq qazandırmaq olmaz".

 

Gözəl Həşimova