"Dünyada ən aşağı ümumi doğum səviyyəsi Ukraynada qeydə alınıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Times" qəzetinin Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutuna istinadən verdiyi məlumatda bildirilib.

Məlumata görə, reproduktiv yaşda olan (15 yaşdan 50 yaşa qədər) ukraynalı qadına orta hesabla 0,7 uşaq düşür.

Bundan əlavə, Ukraynada kişilər arasında ömür uzunluğu 57-58 yaş təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. 

Bununla əlaqədar olaraq, nəşr Ukraynada demoqrafik mənzərənin tutqun göründüyünü vurğulayıb. 

"The Times" qeyd edib ki, hələ döyüşlərdən əvvəl Ukrayna dərin demoqrafik böhran yaşayırdı, doğum nisbəti 1,16 səviyyəsində idi və 20-40 yaşlı əhalinin nisbəti çox kiçik idi.