İqtisadiyyat.az xəbər verir ki, şirkət məzmun yaradıcılarının sosial mediada iştirakına görə qiymətləndiriləcək bir sistem əsasında ödəniş alacağını açıqlayıb.
"TikTok"un birbaşa adı çəkilməsə də, bu addım platformanın ABŞ-də gələcəyi ilə bağlı qeyri-müəyyənliyin artdığı bir vaxta təsadüf edir. Keçmiş prezident Donald Trampın ölkədə "TikTok"u necə qoruya biləcəyi ilə bağlı müzakirələr davam edərkən, "Meta"nın bu qeyri-müəyyənlikdən istifadə etməyi hədəflədiyi düşünülür.
Qeyd edilib ki, ABŞ-də 170 milyon istifadəçisi olan "TikTok" bir çox məzmun yaradıcısı üçün gəlir mənbəyinə çevrilib. Platforma bağlanarsa, bir çox insan alternativ sosial media kanallarında məzmun paylaşmağın yollarını axtaracaq.
"Meta" öz internet saytında qəbul edilən məzmun yaradıcılarına platformaya qoşulduqdan sonra 90 gün ərzində ödəniş ediləcəyini bildirib. Bununla belə, onlar bu müddət ərzində mütəmadi olaraq video paylaşmalıdırlar. İştirakçılardan hər ay ən azı 20 "Facebook" çarxı və 10 "Instagram" çarxı yerləşdirməsi tələb olunur. Bundan əlavə, məzmun tamamilə orijinal olmalı və əvvəllər başqa platformalarda paylaşılmamalıdır. Müraciətlər fərdi əsasda qiymətləndiriləcək və yalnız "Meta" tərəfindən uyğun hesab edilənlər proqrama qəbul ediləcək.
Gözəl Həşimova