Moskva Taqan Məhkəməsi məşhur “TikTok” sosial şəbəkəsini dörd milyon rubl (təxminən 69 min AZN) məbləğində cərimələyib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Moskva Ümumi İdarə Məhkəmələrinin rəsmi teleqram kanalı məlumat yayıb.
Sosial şəbəkə kütləvi informasiya vasitələrinin, kütləvi kommunikasiya, informasiya texnologiyaları və rabitə sahəsində nəzarət və monitorinq funksiyalarını icra edən federal icra hakimiyyəti orqanının göstərişini yerinə yetirmədiyi üçün cərimələnib.
Buna qədər “TikTok” barəsində iyul ayında da oxşar qərar çıxmışdı.