İtaliya Rəqabət Təşkilatı (Antitrust) sosial media platforması "TikTok"u 10 milyon avro cərimələyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rəqabət Qurumunun yazılı açıqlamasında deyilir.

Buna səbəb isə "TikTok"un yetkinlik yaşına çatmayan istifadəçiləri zərərli məzmundan lazımi səviyyədə qorumamasıdır.

Bəyanatda həmçinin qeyd olunub ki, sözügedən sosial media platforması zərərli məzmunların yayılmasının qarşısını almaq üçün adekvat tədbirlər görməyib.

 

Gözəl Həşimova